Bir gün sinif yoldaşımgilə getmişdim. Qapını özü açdı. İçəridəki dumanlı hava, kəskin içki iyi adama çox pis təsir edirdi. Dostumun rəngi saralmış, üzündən xəstəlik yağırdı. Hər yer dağınıq idi. Atası isə yerdə, içki şüşələrinin arasında sərxoş vəziyyətdə yatırdı. Dostum bu vəziyyətdən çox narahat olurdu.
Mən bu acınacaqlı vəziyyəti görəndən sonra siqaretin, içkinin, narkotikin zərərlərini araşdırmaq qərarına gəldim. Bunun üçün internetdə və kitabxanada "Zərərli vərdişlər" haqqında tədqiqatlar aparmağa başladım.
Bu tədqiqatlar zamanı araşdırdım ki, siqaret, spirtli içki və narkotikə aludəçilik yeniyetmə çağlarından başlasa da 8-9 yaş səviyyəsində olan şagirdlər arasında da bəzən bu pis vərdişlərə rast gəlinir.
Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. "Zərərli"-ona görə ki, insan həm asılı olur, həm də bütövlükdə ətraf aləmə, cəmiyyətə ziyan vurur. "Vərdiş" - ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin xilas olmaq çətin olsa da onların istifadələrindən çəkinmək o qədər də çətin deyildir. Bunun üçün şagirdlər arasında zərərli vərdişlərin fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılmasına nail olmaq lazımdır.
Комментариев нет:
Отправить комментарий