Mən bütün bu araşdırmalardan sonra zərərli vərdişlərin insanlara nə qədər zərər vurduğunu öyrəndim. Eyni zamanda bu cür valideynlərin də öz övladlarına pis örnək olacaqlarını düşünürəm.
Mən xarici filmərə baxanda pis valideynlərdən uşaqların alınmasını görürəm. Bu çox təqdirəlayiqdir.
Düşünürəm ki, zərərli vərdişlərin qarşısını almaq üçün kütləvi informasiya vasitələrində, xüsusən, televiziyalarda maarifləndirici verilişlər olmalıdır. Kiçik filmlər nümayişi məqsədəuyğun olar. Orada qurbanlarla gənclərin görüşü göstərilməlidir. Eyni zamanda təklif edərdim ki, dövlət bu cür gənclərin reablitasiyası üçün dövlət proqramı hazırlasın. Proqram ilk növbədə maarifləndirmək xarakteri daşımalıdır. İkincisi zərərli vərdişlər çox vaxt gizli olduğundan aşkarlanması üçün gəncləri daima tibbi yoxlanışdan keçirmək lazımdır. Üçüncüsü gənclər üçün hər gəncin maraq etdiyi sahəyə cəlb etməkdir.
İctimai yerlərdə siqaret və içki reklamlarını bütünlüklə yığışdırmaq, azyaşlıların ən azı müəyyən yaş dövrünə qədər siqaret və spirtli içkilər, narkotik və bu kimi zərərli maddələrdən istifadəsini yasaqlamaq və bu müşahidə olunduğu təqdirdə cərimə tətbiq etmək, siqaret və spirtli içkilərin satışını ərzaq dükanlarından tamamilə yığışdırmaq və bunları köşk və böyük restoranlarda məhdud sayda satmaq. Bir sözlə, içki içən adam ürəyi istədiyi zamanda spirtli içki alıb içə bilməsin.
Ən son olaraq isə bunları demək istəyirəm : Bu sirr deyil ki, gənclər televiziyalardan daha çox sosial şəbəkələrdən istifadə edir. Həmin şəbəkələrdə gənclərin diqqətini çəkən təkliflər və tədbirlər irəli sürülməlidir. Sırf bu iş üçün dövlət səviyyəsində sosial çarxlar hazırlanmalıdır.
Комментариев нет:
Отправить комментарий